İDMAN
İkiqat dünya çempionumuz Hacı Əliyev beynəlxalq reytinq cədvəlindəki liderliyini davam etdirir VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərimizdən 11-i DGB-nin reytinq siyahısında yer alıb. Ən yaxşı göstərici ikiqat dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. O, öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov (125 kq) reytinqdə də ikinci sıradakı mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov (97 kq) isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.
Olimpiya çempionlarımız Toğrul Əsgərov (65 kq) və Şərif Şərifovun (97 kq) da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]