ELM VƏ TƏHSİL
İlaxır çərşənbə Memarlıq və İnşaat Universitetində xüsusi təntənə ilə qeyd olunub
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ilin axır çərşənbəsi xüsusi təntənə ilə qeyd olunub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov əsrlərin sınağından çıxan, milli adət-ənənələrimizi özündə yaşadan Novruzun tarixindən danışıb. Prorektor bu qədim el bayramının xüsusi qeyd olunmasını xalqımızın öz soykökünə, milli mənəvi dəyərlərinə bağlılığı kimi dəyərləndirib.
Sonra Novruzun simvolu olan bayram tonqalı alışdırılıb, tələbələr böyük coşqu ilə tonqalın ətrafına yığışıblar. AzMİU-da təhsil alan əcnəbi gənclərin birlik nümayiş etdirən kütləvi rəqsləri, universitetin özfəaliyyət ansamblı üzvlərinin rəngarəng çıxışları, maraqlı oyunlar, yumurta döyüşdürülməsi və s. bayram ab-havasına xüsusi rəng qatıb.
Bayram şənliyi tanınmış incəsənət ustalarının çıxışları ilə yekunlaşıb.