REGİONLAR


İldə 3 dəfə kələm yetişdirən ağdaşlı fermerlər sahələrdən bol məhsul götürürlər

Ağdaş, 31 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunun 20-yə yaxın kəndində əhali kələm yetişdirilməsi ilə məşğul olur. Həmin yaşayış məntəqələrində ildə iki dəfə, Yuxarı Ləki kəndində isə ildə 3 dəfə kələm şitili əkini aparılaraq məhsul yetişdirilir.

AZƏRTAC xəbər verir ki, hazırda Yuxarı Ləki kəndində kələm yığımı davam etdirilir. Kənd sakinləri məhsulu bazara getmədən elə kələm əkini sahəsində müştərilərə satırlar. Fermerlərin sözlərinə görə, Ağdaşda yetişdirilən kələm məhsulunun əsas hissəsi paytaxt bazarlarına çıxarılır.

Kələm ən çox rayonun Qaroğlan, Abad, Hapıtlı, Xosrov və Ləki kəndlərində əkilir. Rayonda kələmin əsasən may, broxler və gül növləri yetişdirilir. Bir hektar əraziyə 20 min kələm şitili əkən fermerlər yerli kələm növü ilə bərabər Türkiyə və Rusiyadan gətirilən toxumlardan da istifadə edirlər.

Qeyd edək ki, ötən il Ağdaşda 2400 hektar sahədə kələm əkilib və 21 min tondan çox məhsul istehsal olunub. Bu il də sahələrdən bol məhsul gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.