Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Moskvada təqdimatı olub VİDEO

Moskva, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Rusiyanın TASS xəbərlər agentliyində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar Jurnalist, yazıçı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı olub.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman və kitabın müəllifi Elmira Axundova iştirak ediblər.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbiri açaraq qeyd edib ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatının keçirilməsi agentliyimiz üçün mühüm hadisədir. M.Qusman deyib: “Bu, müasir Azərbaycanın lideri kimi Prezident İlham Əliyev haqqında danışmaq üçün daha bir imkandır. Bu il Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunur. Bu dövrün böyük hissəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir. Mən bugünkü təqdimat tarixinin təsadüfən seçilmədiyini gizlətməyəcəyəm. Sabah, dekabrın 24-də Azərbaycan Prezidenti ad gününü qeyd edəcək. Bizə Prezident İlham Əliyevin yubileyi ərəfəsində həm yeni kitab, həm də Azərbaycan Respublikası Prezidentinin özü haqqında danışmaq çox xoşdur”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi vurğulayıb ki, kitab səmimi və peşəkarcasına yazılıb. Akademik deyib: “Mən bu kitabı demək olar ki, birnəfəsə oxudum. Kitab mənə bir çox məsələləri xatırlamağa və yenidən düşünməyə məcbur etdi”. V.Sadovniçi bildirib ki, kitab İlham Əliyevin valideynlərinin tərcümeyi-halına kiçik ekskursla başlayır. Burada ilk səhifələrdə ailə barədə hekayətlər oxucunu lazımi ovqata kökləyir və anladır ki, qarşımızda dərin tədqiqat durur. Moskva Dövlət Universitetinin rektoru Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə keçirdiyi görüşlər barədə danışıb. V.Sadovniçi xatırlayıb: “Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskva Universitetində keçirilən təhsil işçilərinin xüsusi qurultayında iştirak edirdi. Mənə Heydər Əliyev ilə bu mövzuda bir neçə dəfə söhbət etmək şərəfi nəsib oldu. O, təhsilin məqsədlərini, fundamental olmasını dərindən başa düşürdü”. MDU-nun rektoru universitetin Bakı filialının uğurlu fəaliyyətini xüsusi vurğulayaraq deyib: “Moskva Dövlət Universitetinin Bakı filialının açılışı Azərbaycan Prezidentinin təşəbbüsüdür. Bakı filialı indi Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biridir. MDU-nun professorları gözəl kampusun tikildiyi Bakıda mühazirə oxumağa gedirlər”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Prezident İlham Əliyevin MDBMİ-də təhsil aldığı illər barədə danışıb. O, Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə peşəkar mütəxəssis kimi yüksək keyfiyyətlərini qeyd edərək deyib: “Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşir və Prezident İlham Əliyev heç də sadə olmayan vəziyyətdə balanslaşdırılmış xarici siyasət xətti yeridir. Xarici siyasət kursunun bütün çoxşaxəliliyi ilə bərabər, o, Rusiya ilə münasibətləri sabit inkişaf etdirir. Bu, bir çox məsələlərdə özünü göstərir. Azərbaycanda rusdilli təhsilin və rusdilli dövri nəşrlərin tam şəkildə saxlanıldığını demək kifayətdir. Bu, qonşularla münasibətlərin inkişaf göstəricilərindən biridir”.

Anatoli Torkunov vurğulayıb ki, rəhbərlik etdiyi institutda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin MDBMİ-nin fəxri doktoru olması ilə çox fəxr edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy kitabın müəllifini təbrik edərək, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini, dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrildiyini vurğulayıb. M.Şvıdkoy Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirib.

Kitabın müəllifi Elmira Axundova onun işinə yüksək qiymət verən natiqlərə minnətdarlığını bildirib. E.Axundova deyib: “Sizin xoş sözlərinizi ölkəmə və Prezidentimizə sevgi kimi dəyərləndirirəm”. Müəllif vurğulayıb ki, kitab rus auditoriyası üçün nəzərdə tutulub. Kitabda Azərbaycan oxucularına tanış olan çoxlu fakt var. Eyni zamanda, bu faktlar xarici auditoriya üçün də maraqlı ola bilər. E.Axundova deyib ki, xarici naşirlər də kitaba maraq göstərir və yaxın gələcəkdə o, digər dillərdə nəşr olunacaq. Müəllif, həmçinin vurğulayıb ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Moskvada keçirilən “Beynəlxalq İntellektual Ədəbiyyat” sərgisində “Politiçeskaya ensiklopediya” nəşriyyatının “İlin ən yaxşı nəşri” nominasiyasının qalibi olub.

Xatırladaq ki, “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində nəşr edilib. Kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasətçisi İlham Əliyevin uğur fenomenini təhlil edir. Açıq mənbələrdən olan sənədlərin, müəllifin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin əhatəsindəki insanlardan götürdüyü nadir müsahibələrin istifadə olunduğu kitabda Azərbaycan Prezidenti haqqında faktlar, hadisələr və geniş məlumat təqdim edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının Moskvada təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu Devid Kemerona: Öz qərarlarımızı özümüz verəcəyik

Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar VİDEO

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Hemofiliya xəstəliyinin yaranma səbəbləri və dərəcələri hansılardır?

Bu il Qaxda 455 hektar sahədə tütün əkini proqnozlaşdırılır

YAP ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub