MƏDƏNİYYƏT


İlham Nəzərov Müslüm Maqomayev adına vokal müsabiqəsinin qalibi olub

A+ A

Moskva, 24 oktyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və “ÜNS” Yaradıcılıq Səhnəsinin solisti İlham Nəzərov Vokalçıların Müslüm Maqomayev adına IV Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Müsabiqədə ikinci yerə də Azərbaycan təmsilçisi - beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynli layiq görülüb. Qran-pri mükafatı isə Rusiya nümayəndəsi Vasilisa Berjanskaya təqdim edilib.

Beynəlxalq müsabiqənin finalı ənənəyə görə Rusiya paytaxtının ən iri konsert salonu olan “Crocus City Hall”da keçirilib.

Münsiflər heyətinin tərkibində SSRİ Xalq Artisti Tamara Sinyavskaya, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Moskvadakı “Helikon-opera” Musiqili Teatrının bədii rəhbəri Dmitri Bertman, San-Karlo (İtaliya) Opera Teatrının bədii rəhbəri Vinçentso de Vivo və başqa məşhur musiqiçilər yer alıb.

Müsabiqənin laureatları adı uğrunda 12 ölkədən – Azərbaycan, Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Ukrayna və Xorvatiyadan olan 19 iştirakçı mübarizə aparıb.

Müsabiqənin şərtlərinə görə, Qran-pri mükafatçısına 30, birinci yerin sahibinə 25, ikinci yerin qalibinə 15, üçüncü yerə layiq görülən iştirakçıya isə 10 min dollar məbləğində mükafat veriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.