İDMAN


İlham Zəkiyev: Olimpiyaçılarımızın uğurunu təkrarlamağa çalışacağıq

A+ A

Bakı, 2 sentyabr, Elşad Qəzvini, AZƏRTAC 

XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın Paralimpiya yığması Braziliyaya yüksək mükafat arzusu və həvəsi ilə yollanıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə yola salınan idmançılarımız səfər öncəsi yarış haqda fikirlərini jurnalistlərə bildiriblər.

İlham Zəkiyev (Paralimpiya Oyunlarının ikiqat qızıl medalçısı, Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi): “Olimpiyaçılarımızın yaratdığı zəfər ab-havasının Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik. Bütün gücümüzü səfərbər edəcək və çalışacağıq ki, öz nailiyyətlərimizlə xalqımızı sevindirək. Xırda zədə problemlərini nəzərə almasaq, komandamızın ümumi hazırlıq prosesi çox yüksək səviyyədədir. Olimpiyaçılarımız 18 medal qazanıblar və biz də onların uğurunu təkrarlamağa səy göstərəcəyik”.

Elçin Muradov (üçqat Avropa çempionu): “Üçüncü Paralimpiya Oyunlarının iştirakçısıyam. Bundan əvvəl Pekində və Londonda təmsil olunmuşam. Komandamızın ilk yarışını mən açacağam və yüksək nəticə qazanmağa çalışacağam”.

Paralimpiyaçıları dəstəkləməyə gələnlər arasında uşaqlar da var idi. Onlardan biri olan Murad Məmmədov deyib: “Mən bu gün özümə borc bildim ki, başda bayraqdarımız İlham Zəkiyev olmaqla bütün paralimpiyaçı dostlarımızı Rio-de-Janeyroya yola salmaq üçün buraya gəlim. İnanıram ki, idmançılarımız uğurlu çıxışları ilə yüksək nəticələr əldə edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.