CƏMİYYƏT


İlin beş ayında narkotik vasitələrin dövriyyəsi ilə  əlaqədar 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Bakı, 6 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

Bu ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1386 fakt aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib.

Onun sözlərinə görə, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 461 kiloqram 22,33 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 322 kiloqram 399 qramı marixuana, 87 kiloqram 564,4 qramı tiryək, 48 kiloqram 577,03 qramı heroin, 2 kiloqram 038,1 qramı həşiş, 9,8 qramı digərləri və 434 qramı psixotrop maddələr (1517 ədəd həb) təşkil edib.

Bu il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların 2-si 18 yaşadək, 94-ü 18-25, 142-si 26-29 yaşlarında, 785-i 30 yaşdan yuxarı olub. Həmin şəxslərdən 1008-i kişi, 15-i qadın, 9 nəfəri isə xarici ölkə vətəndaşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.