İQTİSADİYYAT


İlin birinci rübündə Nizami rayonunda 100,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına, qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qeyd edib ki, cari ilin birinci rübündə Azərbaycanda iqtisadi inkişafın təmini, sosial məsələlərin həlli, ordu quruculuğu istiqamətində uğurlu addımlar atılıb.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin birinci rübündə rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib. O, 2017-ci ilin yanvar-mart aylarında Nizami rayonunda fəaliyyət göstərən müəssisələr tərəfindən 100,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, ixrac olunmuş malların dəyərinin 0,3 milyon manat təşkil etdiyini, əsas kapitala 1,1 milyon manat həcmində investisiya yönəldildiyini bildirib. Pərakəndə ticarət dövriyyəsinin həcminin 517,6 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin 71,5 milyon manat olduğu, rabitə sahəsində 84,0 milyon manat, nəqliyyat sahəsində isə 32,9 milyon manat dəyərində xidmətlər göstərildiyi, hesabat dövründə rayonda 503 yeni iş yerinin açıldığı, 709 müvəqqəti iş yeri yaradıldığı diqqətə çatdırılıb.

İcra hakimiyyəti başçısının müavini, həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlandığını və artıq 37552 nəfərin tibbi müayinədən keçdiyini söyləyib.

Daha sonra Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov 2017-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.