CƏMİYYƏT


İlin birinci yarısında 188 qida zəhərlənməsi hadisəsi baş verib

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin ilk 6 ayında 188 qida zəhərlənməsi hadisəsi baş verib və həmin hadisələr nəticəsində 285, baş verən 11 botulizm hadisəsində 21 zərərçəkən olub.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmin müddətdə orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb edilib. Müayinələrə əsasən mikrobioloji göstəricilərə görə 122, toksikoloji göstəricilərə görə 10 normadan kənara çıxma halları müəyyən olunub.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu ilin 6 ayı ərzində Nəsimi, Sabunçu, Binəqədi, Nərimanov, Yasamal, Səbail, Suraxanı və Xətai rayonlarının təhsil müəssisələrinin rəhbər və tibb işçilərindən ibarət 340 nəfərin iştirakı ilə 18 seminar-müşavirələrin keçirilib. Seminar-müşavirələrdə uşaq və yeniyetmələrin sağlamlıq göstəriciləri, fiziki və əqli inkişafı, düzgün və rasional qidalanmanın təşkili, ərzaq məhsullarının texnoloji emalının, onların saxlanılmasının və epidemioloji təhlükəsizliyinin təmin edilməsinə dair sanitar-gigiyena və şəxsi gigiyena qaydaları barəsində ətraflı məlumatlar verilib.

Ölkəmizdə uşaq və yeniyetmələr arasında şəxsi gigiyenaya dair bacarıqların artırılması sahəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin hazırladığı “Əllərin gigiyenası” mövzusunda təbliğat işlərinin aparılması təşkil edilib və həmin təbliğat 478, 5 min məktəblini əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.