DÜNYA


İlin birinci yarısında ABŞ-ın enerji sektorunda 95 minədək insan işsiz qalıb

A+ A

Bakı, 9 avqust, Nihad Budaqov, AZƏRTAC

Bu ilin ilk altı ayında ABŞ-ın enerji sektorunda çalışan 94 min 936 nəfər işdən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi ABŞ-da yerləşən məsləhətçilik şirkəti “Challenger, Gray & Christmas”ın hesabatında deyilir. Bildirilir ki, ABŞ-ın enerji sektorunda işdən çıxarılmalar bu ilin birinci yarısında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Bu il enerji sektorunda işdən çıxarmaların 87 faizi neftin qiymətinin ucuzlaşması ilə bağlıdır.

İyul ayında enerji sektorunda işdən çıxarılanlar sayı iyun ayına nisbətən 8 dəfə artaraq, 17 min 725 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.