CƏMİYYƏT


İlin birinci yarısında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 3656 müraciətinə baxıb

Bakı, 17 iyul, AZƏRTAC

Prokurorluq orqanları bu ilin birinci yarısında da korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də fəaliyyətini uğurla davam etdirib. Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb, həmçinin 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i (60 faizi) üzrə cinayət işi başlanıb, 50 (40 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 17-də rəhbərlik etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində ilin birinci yarısındakı gördüyü işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Kamran Əliyev bildirib ki, hesabat dövründə Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2151 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.