CƏMİYYƏT


İlin birinci yarısında yol-nəqliyyat hadisələrinin 42,8 faizini piyadaların vurulması təşkil edib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,1 faizi (354 hadisə, 113 ölüm, 389 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4 faizi (212 hadisə, 88 ölüm, 184 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,2 faizi (120 hadisə, 26 ölüm, 155 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3 faizi (21 hadisə, 8 ölüm, 25 yaralı) isə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisələrinin 42,8 faizini (388) piyadaların vurulması təşkil edib. Nəticədə 130 piyada həlak olub, 290 nəfər yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində isə 19 hadisə baş verib.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 19 uşaq və yeniyetmə ölüb, 80 nəfər xəsarət alıb. Ötən illə müqayisədə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olan azyaşlıların sayı 15, yaralananların sayı isə 19 nəfər azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.