İQTİSADİYYAT


İlin əvvəlindən 7 milyard 868,7 milyon ABŞ dolları məbləğində ixrac və idxal əməliyyatları aparılıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində xarici ölkələrlə 7 milyard 868,7 milyon ABŞ dolları məbləğində, o cümlədən 3 milyard 821,5 milyon dollarlıq ixrac və 4 milyard 047,2 milyon dollarlıq idxal əməliyyatları aparılıb, nəticədə 225,7 milyon dollarlıq mənfi ticarət saldosu yaranıb. 2015-ci ilin eyni dövrünə nisbətən məhsul mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 14,0 faiz azalıb. Ticarət dövriyyəsinin 1 milyard 298,9 milyon dolları, yaxud 16,5 faizi MDB üzvü dövlətlərinin, 6 milyard 569,8 milyon dolları və ya 83,5 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 3 milyard 146,7 milyon dollarlıq hissəsi və ya 40,0 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb.

Bu dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 13,9 faiz az olub. MDB üzvü dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 33,5 faiz artaraq 313,9 milyon dollar təşkil edib, digər ölkələrə isə 16,1 faiz az məhsul göndərilib. İxracın ümumi dəyərinin 53,5 faizi Avropa İttifaqı ölkələrinin, 8,2 faizi MDB üzvü dövlətlərinin, 38,3 faizi isə digər ölkələrin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.