DÜNYA


İlin əvvəlindən bəri 3 mindən çox mühacir həlak olub

Bakı, 4 iyul, AZƏRTAC

İlin əvvəlindən bəri bütün dünyada 3 mindən çox mühacir və qaçqın həlak olub. Bu barədə Beynəlxalq Miqrasiya Agentliyi məlumat yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, agentliyin yaydığı informasiyaya görə, 2017-ci ildə dəniz yolu ilə Avropaya 101 min 210 mühacir və qaçqın keçib. Onların 85 faizi İtaliya, qalanları isə Yunanıstan vasitəsi ilə gəlib. Bu rəqəmlər keçən ilin analoji dövrü ilə müqayisədə iki dəfə azdır.

Bununla yanaşı, Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində 2 min 247 nəfər boğularaq ölüb. Ümumilikdə isə həyatını itirən və itkin düşən mühacir və qaçqınların sayı 3 min 47 nəfərə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.