REGİONLAR


İlin əvvəlindən bəri Beyləqanda 2633 abonent genişzolaqlı internetlə təmin edilib

A+ A

Beyləqan, 8 avqust, AZƏRTAC

Beyləqan rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Beyləqan Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə 476 abonentə telefon xətti çəkilib, 2633 abonent genişzolaqlı internetlə təmin edilib. Rabitənin və informasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Aşıqalılar, İmamverdili, Eyvazalılar, Dünyamalılar, Təzəkənd, Qəhrəmanlı, İkinci Aşıqlı, Milabad, Yuxarı Aran qəsəbə və kənd elektron avtomat telefon stansiyalarının xətt şəbəkəsində təmir işləri aparılıb. 60 telefon dirəyi dəyişdirilib, 360 abonentin abunə xətləri təmir olunaraq yenisi ilə əvəzlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.