REGİONLAR


İlin əvvəlindən bəri İmişlinin 8 yaşayış məntəqəsi qazlaşdırılıb

A+ A

İmişli, 25 oktyabr, Mahir Babayev, AZƏRTAC

İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, qaz verilmiş yaşayış məntəqələrinin sırasına Nurulu kəndi də əlavə olunub. 126 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem üzrə 3 min 402 metr polietilen və 17 min 796 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac quraşdırılıb.

Nurulu kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev kənd sakinlərini təbrik edib. Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən V.Hacıyev kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi dəyərləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 8 yaşayış məntəqəsi qazlaşdırılıb. Nurulu kəndi də daxil olmaqla, hazırda rayonun 26 kənd və qəsəbəsində “mavi yanacaq”dan istifadə edilir. On kənddə isə bu istiqamətdə işlər aparılır. Yaxın günlərdə həmin kəndlərə də təbii qazın verilməsi təmin ediləcək.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.