REGİONLAR


İlin əvvəlindən bəri Qazaxda 672 nəfər işlə təmin olunub

Qazax, 22 avqust, AZƏRTAC

Qazax rayonunda əhalinin işlə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov AZƏRTAC-a bildirib ki, cari ilin yeddi ayında Mərkəzə müraciət edən 1877 nəfər iş axtarandan 914-nün sənədləri qeydiyyata alınıb və onların da 672-si idarə müəssisə və təşkilatlarda işlə təmin olunub. İşə göndərilənlərin 141 nəfəri qadındır.

Bundan əlavə, yeddi ayda 68 nəfərə işsizlik statusu verilib, 70 nəfərə isə müavinət ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.