REGİONLAR


İlin əvvəlindən bəri Yevlaxda 679 baş heyvan süni mayalandırılıb

A+ A

Yevlax, 10 oktyabr, AZƏRTAC

Yevlax rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Yevlax rayon baytarlıq-diaqnostika kabinetinin direktoru İsrafil Nəsibov AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi belə tədbirlərə marağı artırıb.

İlin əvvəlindən bəri rayonda fəaliyyət göstərən 7 süni mayalanma texniki tərəfindən 679 baş inək və düyə süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış heyvanlardan bu il 405 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumlarından istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.