İQTİSADİYYAT


İlin əvvəlindən əhaliyə 4 milyard manatdan çox ödənişli xidmət göstərilib

A+ A

Bakı, 25 avqust, AZƏRTAC 

Cari ilin 7 ayı ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 4 milyard 036,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artımın 51,0 faizini hüquqi şəxslər təmin edib və onlar tərəfindən əhaliyə 2 milyard 978,8 milyon manatlıq xidmət göstərilib.

Bu isə ötən ilin müvafiq dövrünün göstəricisini 0,7 faiz üstələyib.

Həmin dövr ərzində hər bir ölkə sakini orta hesabla 419,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.