DÜNYA


İlin əvvəlindən indiyədək dünyada 4 mindən çox miqrant və qaçqın həlak olub

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

2016-ci ilin əvvəlindən dünyada 4 mindən çox miqrant və qaçqın həlak olub. Onlardan 3 min 100-dən çoxu Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə keçmək istəyərkən boğularaq ölüb.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Djoel Millman bildirib ki, təşkilatın ilin əvvəlindən həyata keçirilən layihəsi çərçivəsində 4017 ölüm halı qeydə alınıb. Bu göstərici 2015-ci illə müqayisədə 26 faiz çoxdur.

BMqT-nin məlumatına görə, İtaliya sahillərində iyunun 29-dan avqustun 1-dək 7923-ə yaxın insan xilas edilib. Ümumilikdə ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə 257 min 186 miqrant və qaçqın gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.