İQTİSADİYYAT


İlin ilk dörd ayında Azərbaycanda 625 min ton dizel yanacağı istehsal olunub

Bakı, 17 may, AZƏRTAC

Bu ilin ilk dörd ayında Azərbaycanda 625,5 min ton dizel yanacağı, 413,9 min ton avtomobil benzini, 68,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 199,8 min ton ağ neft, 230,5 min ton yanacaq mazutu, 7,3 min ton sürtgü yağları, 40,9 min ton neft bitumu və 60,4 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 895,3 milyon manat olmaqla 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azalıb. Neft məhsullarından ağ neftin istehsalı 8,2 faiz, yanacaq mazutunun istehsalı 35,2 faiz, dizel yanacağının istehsalı 19,4 faiz azalıb. Avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.