İQTİSADİYYAT


İlin sonunadək Azərbaycan ixrac missiyası Dubaya və Misirə səfər edəcək

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Bu ilin sonunadək Azərbaycan ixrac missiyasının Dubaya və Misirə səfəri planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.

AZPROMO rəhbəri qeyd edib ki, bu barədə yaxın günlərdə rəsmi elanlar veriləcək və ixracatçılar bu missiyalarda iştirak etmək üçün dəvət olunacaqlar. Bu missiyalara daha çox kənd təsərrüfatı, emal, spirtsiz içki istehsalçıları və ixracatçılarını dəvət etməyi nəzərdə tuturuq.

Qeyd edək ki, ilk ixrac missiyası hazırda Çindədir. AZPROMO-nun və Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrinin daxil olduğu ixrac missiyası Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən “Honqkonq Şərab və Spirtli İçkilər Sərgisi”ndə və “Quancou Şərab Sərgisi”ndə iştirak edəcək. Səfər zamanı iş adamları arasında ixrac imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. İxrac missiyası, həmçinin Çin Xalq Respublikasında yerli distribüterlərlə, potensial müştərilərlə görüşlər keçirəcək, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.