CƏMİYYƏT


İlin sonunadək Bakıda 3 böyük “yaşıl market” fəaliyyətə başlayacaq VİDEO

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

İlin sonunadək Bakıda ixtisaslaşdırılmış 3 böyük “yaşıl market” açılacaq.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

“Bazara çıxış imkanlarının artırılması üçün digər vasitələrdən də istifadə olunur. Fermerlər üçün yarmarkaların təşkili həyata keçirilir. Bu istiqamətdə müvafiq addımlar atılıb. Eyni zamanda, ayrı-ayrı bölgələrdə “fermer evləri” açılır”, - deyə nazir müavini vurğulayıb.

S.Talıbov, həmçinin bildirib ki, nazirlik bölgələrdə də kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması üçün xüsusi layihə hazırlayaraq hökumətə təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.