REGİONLAR


İlin sonunadək Sumqayıt Kimya Sənaye Parkının ərazisində 2 yarımstansiya istifadəyə veriləcək

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Hazırda Sumqayıt Kimya Sənaye Parkında istehsal müəssisələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı istiqamətində işlər aparılır. Belə ki, istehsal müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 110/35/6.3 kV-luq 2 yarımstansiya fəaliyyət göstərəcək. Hazırda yarımstansiyada avadanlıqların quraşdırılması işləri aparılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarımstansiyanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Sənaye Parkında digər yarımstansiyanın tikintisinə isə yaxın vaxtlarda başlanacaq. Yarımstansiyalarda 8 transformator quraşdırılacaq. Bundan başqa, hər iki yarımstansiya arasında əlaqə yaradılacaq ki, bu da dayanıqlı enerji təchizatını təmin edəcək.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkının kommunikasiya xətləri, o cümlədən daxili elektrik verilişi xətləri yeraltı texniki qalereya vasitəsi ilə çəkilir.

Sumqayıt Kimya Sənaye Parkının hazırda 9 rezidenti var. Sənaye Parkında rezidentlər üçün bir sıra güzəştlər tətbiq edilir. Bununla yanaşı, SKSP rezidentlərə texniki infrastrukturun təchizatı baxımından müasir yanaşma təklif edir, zəruri infrastruktur şəbəkəsinə dərhal qoşulmaq imkanı yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.