İQTİSADİYYAT
İlin sonunadək paytaxta müasir texnologiyalarla təchiz olunmuş avtobuslar gətiriləcək VİDEO
Bakı, 4 avqust (AZƏRTAC, Ceyhun Rüstəmov). Müasir texnologiyalarla təchiz olunmuş avtobusların bir hissəsi ilin sonunadək paytaxtımıza gətiriləcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yüzlərlə ən müasir avtobusun alınması üçün Türkiyə, Fransa kimi ölkələrlə danışıqlar aparılır. Yeni avtobuslar kondisionerlə, eyni zamanda, müasir texnoloji avadanlıqlarla, GPS sistemi ilə təchiz olunacaq.
Hazırda paytaxtda 1000 ədəd London taksisinin fəaliyyət göstərdiyini xatırladan N.Həsənov bildirib ki, daha 500 taksinin alınmasına dair müqavilə imzalanıb, maliyyə vəsaiti ödənilib. Yeni taksilər paytaxta oktyabr-noyabr aylarından etibarən çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]