İQTİSADİYYAT


İliya Eloşvili: Kulevi terminalında açılmış iki yeni rezervuar Azərbaycanın və Gürcüstanın dünyada nüfuzunu daha da artıracaq

A+ A

Tbilisi, 29 sentyabr, AZƏRTAC

SOCAR bizim strateji tərəfdaşımızdır. SOCAR kimi nüfuzlu Azərbaycan şirkətinin Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu sərmayələr bizim iqtisadi inkişafımız üçün geniş imkanlar açır.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın energetika naziri İliya Eloşvili söyləyib.

Nazir deyib: “Gürcüstanın qazlaşdırılması ilə bağlı SOCAR-la imzalanan uzunmüddətli müqavilə bizim üçün əsas amildir. Bu fakt bizim iqtisadiyyatımızın inkişafında mühüm rol oynayır”.

Eloşvilin bildirib ki, SOCAR-ın sərmayəsi hesabına Kulevi terminalında açılmış iki yeni rezervuar Azərbaycanın və Gürcüstanın regionda və dünyada rolunu artıracaq. İqtisadi imkanlarımızı və strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.