İDMAN
İlk Avropa Oyunları çərçivəsində şose velosipedi yarışı başa çatıb VİDEO
İlk Avropa Oyunları çərçivəsində keçirilən şose velosipedi yarışının qalibi İspaniya idmançısı Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 25 dəqiqəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.
Yarışa Azadlıq meydanından start verilib. 211 idmançı, o cümlədən Azərbaycanın iki velosipedçisi Elçin Əsədov və Samir Cəbrayılov məsafəni gərgin mübarizə şəraitində qət ediblər. Elçin Əsədov finişə 55-ci çatıb, Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.
10;10
Bakı, 21 iyun, AZƏRTAC
Avropa Oyunları çərçivəsində velosipedçilər şose yarışmasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarışlar Azadlıq meydanından start götürüb. Yarışlarda 125 idmançı, o cümlədən Azərbaycanın iki nümayəndəsi –Elçin Əsədov və Samir Cəbrayılov iştirak edirlər.