DÜNYA


İlk çiçəyin görüntüsü əldə edilib

Bakı, 7 avqust, AZƏRTAC

Alimlərin yeni araşdırması çiçəklərin son 140 milyon il ərzində təkamülünü və ilk çiçəyin görüntüsünü əldə etməyə imkan yaradıb.

AZƏRTAC “Nature Communications” nəşrinə istinadla xəbər verir ki, 13 ölkədən 36 tədqiqatçı “eFLOWER Project” adlı araşdırmanın nəticələrini açıqlayıb. Tədqiqatın sürpriz nəticəsi çiçək əcdadının yeni modelinin əvvəllər təklif edilmiş heç bir nümunəyə uyğun gəlməməsi olub. Bu isə çiçəklərin erkən təkamülünə zəmin yaradıb. Araşdırmaya əsasən, çiçəklərin əcdadları həm dişi, həm də erkək hissələrlə birgə ikicinsli olub. Üçlü dəstlərdə isə ləçəyəbənzər orqanların birdən çox çiçək köbələri olub.

Hazırda çiçəklərin 20 faizi bu cür “üçlü” köbələrə malikdir, lakin tipik olaraq azlıq təşkil edirlər: zanbaqların iki, maqnoliyaların üç köbəsi var.

Dünyada 300 mindən çox növü olan çiçəkli bitkilər Yer kürəsinin ən genişçeşidli bitki qrupudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.