İQTİSADİYYAT


İlk dəfə "Azexport"a İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan və Seneqaldan sifarişlər daxil olub

Bakı, 25 iyul, AZƏRTAC

Bu ilin iyun ayında ilk dəfə "Azexport.az" portalına İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan və Seneqal kimi ölkələrdən sifarişlər daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Mərkəzin "İxrac İcmalı"nın iyul ayı üçün sayında qeyd edilib.

İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.

Qeyd edək ki, "Azexport.az" portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.