İQTİSADİYYAT


İlk dəfə olaraq "Kapital Bank"ın filiallarında avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycanda ilk dəfə olaraq "Kapital Bank"ın filiallarında "PAŞA Sığorta"nın avtomobil sığortası məhsulunun kreditlə satışı həyata keçirilir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər bankın Bakı, Sumqayıt şəhərləri və Abşeron, həmçinin Gəncə, Lənkəran, Şəki, Zaqatala, Xaçmaz, Şirvan, Göyçay, Bərdə və Ağsuda yerləşən filiallarında avtomobillərin icbari sığortasını əldə edə bilərlər.

Avtomobillərin sığortasının dəyərini "Kapital Bank"dan əməkhaqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər.

Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.