MƏDƏNİYYƏT


İlk dəfə təşkil olunan mühazirələr qonaqları dekorativ-tətbiqi sənətin tarixi ilə tanış edəcək

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Xalça Muzeyi ziyarətçilərə muzeyin tez-tez qonağı olmaq imkanını verən aylıq abonement əldə etməyi təklif edir. Belə ki, hər dəfə özünüz üçün yenilik kəşf etmək və muzey aləmində baş verən hər bir hadisə ilə tanış olmaq imkanını yaradır.

Muzeydən AZƏRTAC-a bildirilib ki, abonementlik ekspozisiyanı, zərgərlik fondunu, kitabxananı və yeni sərgiləri dəfələrlə ziyarət etmək, beynəlxalq layihələrin, mühazirələrin, “Bir eksponatın tarixi” adlı layihənin və “Ailə günü” tədbirinin iştirakçısı olmaq imkanını yaradan çoxsaylı üstünlüklər təqdim edir.

“Bir eksponatın tarixi” layihəsində muzey fondundan seçilmiş eksponat təqdim olunacaq, onun barəsində qonaqlara ətraflı məlumat veriləcək.

“Ailə günü” tədbirinin məqsədi ailənin öz asudə vaxtını muzeydə keçirməsidir. Proqram valideyn və uşaqlarda yaradıcılıq və kommunikasiya bacarıqlarının inkişaf etməsi, ölkəmizin mədəniyyəti və incəsənəti ilə tanış olması imkanını yaradır. Proqram müxtəlif yaş hədlərini əhatə edir. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

Hər ayın birinci və ikinci şənbə günü mühazirələr, üçüncü şənbə günü “Bir eksponatın tarixi” layihəsi, sonuncu şənbə günü isə “Ailə günü” tədbiri keçirilir.

Abonement böyüklər, uşaqlar və tələbələr üçün nəzərdə tutulub. Abonement bir ay ərzində keçərlidir, bir nəfər üçün nəzərdə tutulub və onu muzeyin kassasından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.