ELM VƏ TƏHSİL


İlk fərqli biblioqrafiya

Bakı, 15 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitabda akademik İ.Həbibbəylinin təkcə 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb, alimin ötən ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası, elmi redaktorluq fəaliyyəti və s. əksini tapıb.

Biblioqrafiya nəşri tarixində ilk dəfədir ki, buraya alimin yalnız bir ildə çap etdirdiyi elmi əsərlər daxil edilib.

Biblioqrafiya “Kitablar”, “Məqalələr” (Azərbaycan və xarici dillərdə ayrı-ayrılıqda), “Elmi redaktorluq və müqəddiməçilik”, “Beynəlxalq konfranslarda”, “Elmi rəhbərlik”, “Fəxri doktorluq” və “İlin şəkilləri” bölmələrindən ibarətdir.

Kitabda akademik İ.Həbibbəylinin 2016-cı ildə çap edilən üç kitabı, 93 elmi məqaləsi (onlardan 17-si xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc olunub), müqəddimə və “Ön söz” yazdığı, elmi redaktorluq etdiyi 37 kitab haqqında biblioqrafik məlumat, 18 beynəlxalq elmi konfranslarda iştiraka dair göstəricilər ardıcıllıqla oxuculara təqdim edilir. “İlin şəkilləri”ndə isə bir ildəki gərgin elmi, ictimai və siyasi fəaliyyətin yaddaqalan anları əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən, kitabşünaslıq tarixində ilk fərqli biblioqrafiyanın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafiya ədəbiyyatşünaslar, elmi ictimaiyyət üçün qiymətli mənbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.