REGİONLAR
İlk gündə Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarının xidmətindən 57 sərnişin istifadə edib
Naxçıvan, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayıb. Həmin gün saat 11:00-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikasına yola salınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı həftədə iki dəfə fəaliyyət göstərəcək. Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir.
Kupe tipli müasir sərnişin vaqonları yataq dəsti ilə təmin olunub və sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılıb.
Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]