MƏDƏNİYYƏT
İlk ictimai kitabxana – qiraətxananın yaranmasının 120 illiyi qeyd olunub
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan direktor Gülşən Abbasova ictimai qiraətxananın yaranma tarixindən danışıb.
Bildirilib ki, 1894-cü ilin aprel ayında Nəriman Nərimanov Qorçakov küçəsində ilk kütləvi milli qiraətxana açmağa nail olub. Qiraətxana təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində də rəğbətlə qarşılanıb. Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən qiraətxanaya xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilib.
Qiraətxanada xeyriyyə məqsədilə təşkil edilən gecələr, teatr tamaşaları, ədəbi-musiqili tədbirlər bu qurumun maddi ehtiyaclarını müəyyən dərəcədə ödəyib.
Dörd il fəaliyyət göstərən qiraətxana 1898-ci ildə çar hökuməti tərəfindən şübhəli siyasət ocağı kimi bağlanıb.
Çıxışlarda “Nəriman qiraətxanası” Azərbaycan xalqının ictimai fikrində yeni səhifənin başlanğıcı kimi qiymətləndirilib.
Tədbirdə mövzu ilə bağlı videoçarx da nümayiş olunub