CƏMİYYƏT
İlk ingilisdilli debat yay düşərgəsi gənclərin özünüinkişafına səbəb olacaq
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 4-dən “Lincoln Douglas” formatlı ilk ingilisdilli debat yay düşərgəsinə start veriləcək. Yay məktəbi gənclərin natiqlik bacarıqlarının yüksəlməsinə və özünüinkişafına səbəb olacaq. “Lincoln Douglas” formatında Şəkidə təşkil olunacaq və 3 gün davam edəcək debat yay düşərgəsinə 60-a yaxın gənc qatılacaq.
AZƏRTAC xəbər verir ki, düşərgədə iştirak etmək üçün müraciət ünvanlanmış 300-ə yaxın gənc arasından seçilmiş namizədlərlə müsahibə aparılıb və müsahibədən keçən şəxslər debat yay düşərgəsində iştirak etmək hüququ qazanıblar. Seçilmiş iştirakçılara debatın “Lincoln Douglas” formatı üzrə təlimlər keçilib. Gənclərin bilik və bacarıqlarının inkişafına səbəb olan təlimlər ADA Universitetində təşkil olunub.
Qeyd edək ki, “1st LD Summer Debate Camp” layihəsi Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]