ELM VƏ TƏHSİL


“İlk peşə-ixtisas təhsili haqqında” Qanun layihəsi üzrə işçi qrupunun tərkibi təsdiqlənib

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, sədr İsa Həbibbəyli əvvəlcə Milli Məclisin 2016-cı ilin payız sessiyası ərzində komitədə görülən təşkilati işlər barədə danışıb.

Hesabat dövründə komitənin ünvanına daxil olmuş 184 məktub, təklif, ərizə və şikayətin 71-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb.

Komitənin 2016-cı ilin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2017-ci ilin yaz sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.

İclasda, “İlk peşə-ixtisas təhsili haqqında” Qanun layihəsi üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi məsələsinə baxılıb. Bildirilib ki, bu qanun layihəsi üzrə işçi qrupu yaradılıb. İsa Həbibbəylinin rəhbərlik edəcəyi işçi qrupuna deputatlar və müvafiq strukturların nümayəndələri daxil edilib. Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.