ELM VƏ TƏHSİL


İlk robot bitki

Bakı, 11 avqust, AZƏRTAC

“Practical Plantoid Robotics” startap-şirkəti asan yığılan orqanik robot üçün detallar dəstini təqdim edib. Bitki və elektronikadan ibarət olan “Plantoid” adlı qurğu əsl bitki kiborqu kimi görünür.

Şirkət nümayəndələri bildiriblər ki, layihənin məqsədi sensorlar vasitəsilə robotda yerləşdirilmiş bitkinin həyatını təmin etməkdir. Qurğu maraqlı sınaqları yerinə yetirə biləcək. Məsələn, digər planetlərə özü ilə həyat gətirəcək və ya əlverişsiz ətraf mühitdə ekoloji sabitliyi modelləşdirəcək.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, layihə “Kickstarter” platformasında hələlik təxminən 500 dollar toplayıb. Sentyabrın 9-dək lazımi məbləğ (5000 dollar) yığılarsa, layihəyə sponsor dəstək verəcək. Startap uğur qazanarsa, 2018-ci ilin fevral ayında qurğu satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.