İQTİSADİYYAT


İlk səkkiz ayda Azərbaycanda 1,5 milyon tonadək dizel yanacağı istehsal olunub

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu ilin ilk səkkiz ayında Azərbaycanda 1 milyon 491,5 min ton dizel yanacağı, 732,6 min ton avtomobil benzini, 120 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 417,1 min ton ağ neft, 416,5 min ton yanacaq mazutu, 7,7 min ton sürtgü yağları, 112,7 min ton neft bitumu və 121,1 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 736,2 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz azalıb. Neft məhsullarından sürtgü yağlarının istehsalı 48,7 faiz, dizel yanacağının istehsalı 22,5 faiz, neft koksunun istehsalı 21,9 faiz, avtomobil benzininin istehsalı 7,1 faiz, ağ neftin istehsalı 8,3 faiz azalıb, yanacaq mazutunun və neft bitumunun istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.