İDMAN


İlk yarıda rəqibin qapısından iki top keçirən “Qəbələ” növbəti mərhələni sığortalamış olub [YENİLƏNİB]

A+ A

Matçın ilk hissəsi qarşılıqlı hücumlarla yadda qalıb. MTK klubu hücuma atılsa da, “Qəbələ” rəqibin müdafiədə boşluğundan maksimum yararlanıb. “Qəbələ” əvvəlcə əks hücumdan 7-ci dəqiqədə Sergey Zenyovun qolu ilə hesabı açıb-1:0.

Qoldan sonra daha çox topa yiyələnən Roman Qriqorçukun yetirmələri 37-ci dəqiqədə rəqibi yenidən mərkəzə dəvət edib. Bodonun ötürməsindən Teo Uiks başı ilə baxımlı qolla fərqlənib-2:0. Təmsilçimiz fasiləyə iki top üstünlüklə yollanıb.

Hazırda qarşılaşmanın ikinci hissəsi oynanılır.

21:25

“Qəbələ” klubu heyətindən 7-ci dəqiqədə Sergey Zenyov fərqlənib.

21:06

Bakı, 21 iyul, Elşad Qəzvini, AZƏRTAC

“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” komandası 8-ci kilometr qəsəbə stadionunda Macarıstanın MTK klubunu qəbul edir.

“Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov (k), Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo və Teo Uiks yer alıblar.

Macarıstan təmsilçisinin ilk onbirliyində isə meydana Layos Heqeduş, Akos Baki, Mato Qrqiç, Darko Nikaç, Lorand Sotmari, Şandor Torgelle, Barnabaş Beşe, Yozef Konto (k), Daniel Vaqnar, Patrik Poor və Adam Voşş çıxıblar.

Oyun türkiyəli hakimlər briqadasına həvalə edilib. Baş hakim Mete Kalkavanın idarə etdiyi görüşün yan xətt hakimləri Ceyun Sesigüzel, Esat Sancaktar və dördüncü hakim funksiyasını isə Serkan Çinar yerinə yetirir. Qarşılaşmanın hakim-inspektoru Vasili Melniçuk (Ukrayna), UEFA nümayəndəsi isə Markku Lehtoladır (Finlandiya).

Komandalar arasında bir həftə əvvəl Macarıstanda oynanılan görüşdən “Qəbələ” 2:1 hesablı qalibiyyətlə ayrılmışdı. Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Fransanın “Lill” komandası ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.