İQTİSADİYYAT


İlkin ixrac missiyaları Avropa İttifaqı, MDB, körfəz və ərəb ölkələrini, Çini, Yaponiyanı, Malayziyanı əhatə edəcək

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq Avropa İttifaqı ölkələri, MDB, körfəz və ərəb ölkələri, eləcə də Çin, Yaponiya, Malayziya və s. ölkələrə təşkili nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 19-da Bakıda "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, bu ilin noyabr ayında Çinə (Honkonq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək beynəlxalq sərab sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay ərzaq, Düsseldorf şərab, Moskva kənd təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.