DÜNYA


İllinoys universitetində insident: 9 nəfər xəsarət alıb

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC 

ABŞ-ın İllinoys universitetinin yaxınlığında insident baş verib. Hadisə şahidləri naməlum şəxsin açdığı atəş nəticəsində 9 nəfərin xəsarət aldığını bildirirlər. Universitet administrasiyası tələbələrə təhlükə barədə xəbərdarlıq edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə polis və təcili yardım avtomobilləri gəlib. Atəş açan şəxsin universitet kampusunu tərk etdiyi bildirilsə də, tələbələrə əraziyə yaxınlaşmamaq tövsiyə olunur. “Qrin-stritdən və ikinci küçədən uzaq durun”, - deyə universitet saytında xəbərdarlıq edilir.

Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.