İQTİSADİYYAT


İlqar İsbatov: Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək

A+ A

Bakı, 22 dekabr, Elvin Camalov, AZƏRTAC 

Ələt qəsəbəsi 200 min nəfərlik şəhərə çevriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, urbanizasiya prosesi bütün dünyada, o cümlədən Azərbaycanda da gedir. “Bütün dünyada olduğu kimi, biz də bununla bağlı müvafiq tənzimləmə işləri aparmışıq, əhalinin yalnız Bakıda cəmlənməməsi üçün yeni şəhərlər yaratmağı planlaşdırırıq”, - deyən İlqar İsbatov Ələtin perspektivlərindən, orada yaradılan Azad Ticarət Zonasından danışıb.

İlqar İsbatovun sözlərinə görə, Bakının bütün inzibati ərazisinin (ətraf 55 qəsəbəsi daxil olmaqla) Baş Planı hazırlanıb. Plana görə, Bakıda əhalinin sayının 2035-ci ilə qədər 4 milyon nəfərə çatacağı gözlənilir. Bu plana görə şəhər əhalisinin Ələt qəsəbəsindən Pirallahıya qədər yerləşməsi, onların məşğulluğu, istirahət məkanları və s. öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.