ELM VƏ TƏHSİL
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində görkəmli nasir və dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İ.Əfəndiyevin həyat və yaradıcılığından danışılıb, əsərlərindən səhnəciklər göstərilib.
Universitetin dosenti Ülviyyə Rəhimova görkəmli yazıçının Azərbaycan ədəbiyyatı və dramaturgiyasına bəxş etdiyi töhfələrdən söz açıb. Qeyd olunub ki, çoxşaxəli yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev XX əsrin 70-80-ci illərində Azərbaycan teatrının səhnəsini fəth edib. Xalqımızın keçmişini, bu gününü və gələcəyini yaradıcılığında əks etdirən görkəmli yazıçının əsərləri aktuallığını bu gün də qoruyub saxlayır.
Digər çıxış edənlər də Azərbaycan ədəbiyyatının və teatrının inkişafında İ.Əfəndiyevin böyük xidmətlərindən söz açıb, görkəmli yazıçının yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildiriblər.
Tələbələr İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan”, “Hökmdar və qızı” əsərlərindən səhnəciklər göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]