Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

İlyas Əfəndiyevin yaradıcılığı müasir dövrümüzün bədii salnaməsidir

Bakı, 1 oktyabr, AZƏRTAC

“İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır”.

Vaxtilə ulu öndər Heydər Əliyevin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər unudulmaz sənətkarın yaradıcılığını çox dəqiq xarakterizə edir.

Mədəniyyət tariximizin “İlyas Əfəndiyev mərhələsi”

Azərbaycan mədəniyyəti tarixinin “İlyas Əfəndiyev mərhələsi” kimi səciyyələndirilən, XX əsr ədəbiyyatımızın klassiki, milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Əfəndiyev həm sovet, həm də müstəqillik dövründə yazıb-yaradan görkəmli ədiblərdən biri olub.

Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, xeyirxah və alicənab insanlar olmuşlar. Babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdı. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçməmiş, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulmuş, aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən bu işıqlı şəxsiyyət 1934-cü ildə, 50 yaşında ikən vəfat etmişdi. İlyas Əfəndiyevdə kitaba, ədəbiyyata marağı anası Bilqeyis xanım yaratmışdı. O, ərinin ölümündən sonra övladına müəllim, yoldaş və ata əvəzi olmuşdu.

1938-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında çalışmışdı. Onun ilk mətbu əsəri - “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdu.

Yeni imza, yeni üslub və yeni baxış

İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı ədəbiyyatımızda sonralar məşhur 60-cı illər deyilən ədəbiyyatın əsasını qoyub. Yazıçı “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə lirik-psixoloji üslub gətirib. 

AZƏRTAC-a müsahibəsində İlyas Əfəndiyev yaradıcılığının səciyyəvi xüsusiyyətləri barədə danışan filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə deyib: “İlyas Əfəndiyev o vaxta qədər sosiologiyaya, ideologiyaya xidmət edən Azərbaycan milli ədəbiyyatını sosioloji çamurluqdan çəkib çıxardı. Azərbaycan nəsrini pafoslu təsvirlərdən xilas etdi, üslubda konkretlik yaratdı. O vaxta qədər ədəbiyyatda yazıçı əli ilə hər situasiyada qalib gələn müsbət qəhrəman anlayışı var idi. İlyas Əfəndiyev o qəhrəmanı daxili ziddiyyətləri, zəngin mənəviyyatı olan adi insanla əvəz etdi. Sovet ədəbiyyatında bunun əsasını Mixail Şoloxov “İnsanın taleyi” əsəri ilə qoymuşdu. Azərbaycan ədəbiyyatında isə İlyas Əfəndiyev “Söyüdlü arx” əsəri ilə qoydu. Yazıçılarımız Anar, Elçin, İsi Məlikzadə və başqaları bu yolu davam etdirdilər. Beləliklə, Azərbaycan ədəbiyyatında yeni mərhələ formalaşdı. İlyas Əfəndiyev həm də cəsarətli yazıçı idi. Məsələn, “Körpüsalanlar” əsərində Səriyyənin öz mühəndis ərini qoyub, buldozerçi Qəribcana ərə getməsi birmənalı qarşılanmadı, hamı Səriyyəni qınadı. Amma o, sübut elədi ki, dünyada insan sevgisindən böyük heç nə yoxdur. Heç bir qanun, adət, ənənə məhəbbətin qarşısında tab gətirə bilməz. İlyas müəllim Azərbaycan qadını haqqında formalaşan geridə qalmış Şərq qadını stereotipini dağıtdı və Azərbaycan qadınının hünərini, böyük məhəbbətini göstərdi. İlyas Əfəndiyev haqqında bir yazımı “Zirvədən zirvəyə və əbədiyyətə” adlandırmışam. İlyas müəllim zirvələr üçün doğulmuş adam idi. Bilirsiniz, Çingiz Aytmatov haqqında belə bir fikir var: o, heç vaxt təzə başlayanlardan olmayıb. Bu fikri İlyas Əfəndiyevə də şamil etmək olar: o, ədəbiyyata birbaşa görkəmli yazıçı kimi gəlib”.

Professor Nizaməddin Şəmsizadə vurğulayıb ki, İlyas Əfəndiyev həmişə ədəbi tənqidin diqqət mərkəzində olub, habelə ədəbi prosesi daim yaxından izləyib. Axı o özü də 50-60 illik ədəbi dövrün tənqidçisi idi. Məsələn, onun məqalələrində poeziyamızda müşahidə edilən ritorika, nəsrimizdəki pafos, panoramçılıq, təfərrüata varmaq, üslub ağırlığı tənqid olunurdu. “İlyas Əfəndiyevin əsərlərinin uğur qazanmasının bir səbəbi də yazıçının dilə münasibəti ilə bağlı idi. O, lirik-psixoloji üslubu yaradarkən ənənəvi nəsr dilindən, ənənəvi dram dilindən istifadə etmirdi. Onun öz dili vardı. O, dili mədəniyyətin əsası hesab edir, dilə xalqın mənəvi abidəsi kimi baxırdı. Deməliyəm ki, İlyas Əfəndiyev qəlbən, ruhən böyük türkçü, böyük azərbaycanlı idi. Vaxtilə Ziya Göyalp yazırdı ki, türk tarixi mənəvi-əxlaqi sərvətlər sərgisidir. Həmin o sərvətlər sərgisini ədəbiyyatımıza İlyas Əfəndiyev gətirdi”, - deyə müsahibimiz vurğulayıb.

Sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli yazıçısı

Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev hakim ideologiyanı heç vaxt tərənnüm etməyib, sadə insanların həyatını, məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır. 

Böyük yazıçı ilə bağlı xatirələrini bölüşən professor N.Şəmsizadə deyir: “Ötən əsrin 80-ci illərinin əvvəllərində İlyas müəllimi “Yeni əsərlər, yeni arzular” verilişinə çəkməli idim. Verilişi yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində hazırlayırdıq. O zaman görkəmli sovet yazıçılarına “Sosialist Əməyi Qəhrəmanı” adı verilirdi. Mən İlyas müəllimdən soruşdum: - Nə əcəb sizə “Sosialist Əməyi Qəhrəmanı” adını verməyiblər? İlyas müəllimin üzü ciddiləşdi, sərt görkəm aldı, amma, yəqin, mənim xətrimə dəyməmək üçün yavaşca dedi: - Çünki mən sosialist yazıçısı deyiləm... Sonra keçdi dahi ədiblər haqqında söhbətə...

İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının ən böyük milli yazıçısıdır. O, yazıçı kimi şəxsiyyətinə olduqca sadiq insan idi. Onun iki böyük gücü vardı: istedadı və şəxsiyyəti. İlyas müəllim istedadını öz şəxsiyyəti ilə ucaltmağı bacaran yazıçıdır. İlyas müəllim Allah əmanəti olan insan ruhuna sədaqətli olub, öz ruhuna heç vaxt xəyanət etməyib, heç bir rejim onu dəyişdirə bilməyib. Məsələn, İlyas Əfəndiyev birdən-birə tarixi pyeslərə müraciət etdi. “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani” əsərləri ilə tarixi müasirlik müstəvisinə gətirdi. Bu o dövr idi ki, bir çoxları yazıçılarımıza tarixə müraciəti qısqanırdılar. O, sovet rejiminin qadağan elədiyi mövzuları ədəbiyyata gətirdi. Məsələn, “Geriyə baxma, qoca” əsərində əslində o deyirdi ki, geriyə baxmaq lazımdır, çünki geriyə baxmadan irəli getmək olmaz. Yaxud “Mahnı dağlarda qaldı” - çox kövrək, olduqca nisgilli bir addır. İlyas müəllim dağlarda qalmış mahnının dərdini çəkirdi. İndi o dağlar düşmən əlindədir. İlyas müəllim Göyçəni nəzərdə tuturdu, o dağları nəzərdə tuturdu. İlyas Əfəndiyev siyasi prosesləri, cəmiyyətin, tarixin gedişatını bir yazıçı fəhmi ilə duyurdu. “Xurşidbanu Natəvan” pyesində əslində Qarabağın dərdindən yazırdı. Əsər yazılanda Qarabağ hadisələri başlamamışdı. Amma İlyas müəllim Qarabağın təhlükədə olduğunu göstərirdi. Odur ki, İlyas Əfəndiyevin əsərlərin təkcə beyinlə, şüurla dərk etmək olmaz. Onu böyük və duyan qəlblə dərk etmək lazımdır. Füzuli demir ki, məni dərk et, deyir ki, məni “fəhm qıl”. İlyas Əfəndiyevin əsərlərinə adi gözlə yox, bəsirət gözü ilə baxmaq lazımdır. Onda bu yaradıcılığın təzə layları, böyük keyfiyyətləri ortaya çıxacaq”.

İlyas Əfəndiyev teatrı

Dünya dramaturgiyasında bir neçə klassik dramaturqun, həm də səhnə sənətində yaratdığı məktəb var. Məsələn, Şekspr, Molyer, Ostrovski, Çexov, Brext dramaturgiyası və məktəbi. Eləcə də Azərbaycanda İlyas Əfəndiyev dramaturgiyası və məktəbi var. O, “Atayevlər ailəsi”, “İşıqlı yollar”, “Bahar suları”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və digər dram əsərləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb, “İlyas Əfəndiyev teatrı” yaradıb. 

Professor Nizami Şəmsizadənin sözlərinə görə, “bu gün ədəbiyyat tariximizdə üç böyük dramaturq var ki, onların məktəbi mövcuddur: Hüseyn Cavid teatrı, Cəfər Cabbarlı teatrı və İlyas Əfəndiyev teatrı. İlyas Əfəndiyev teatrının rejissor məktəbi var. Adil İsgəndərov məşhur monumental rejissuranı yaradıb, Mehdi Məmmədov fəlsəfi məktəb, Tofiq Kazımov isə psixoloji məktəb yaradıblar. Bunlar hamısı İlyas Əfəndiyevin əsərləri sayəsindədir. Bu məktəb, bu rejissura, eyni zamanda, İlyas Əfəndiyevin aktyor məktəbini yaradıb: Həsənağa Turabov, Amaliya Pənahova, Fuad Poladov, Əlabbas Qədirov və başqaları. Bu, hər yazıçıya, hər dramaturqa qismət olmur. İlyas Əfəndiyev dramaturgiya sahəsində də yenilik etdi. O, 60-cı illərdə Azərbaycan teatrının səhnəsinə “Boy çiçəyi”nin ətrini gətirdi”.

Xasiyyəti sərt, şəxsiyyəti bütöv, dönməz, eyni zamanda, əsərlərində mehriban, humanist, mərhəmətli, gözəlliyə aludə bir insan olan İlyas Əfəndiyevin yaradıcılığını professor N.Şəmsizadə belə ümumiləşdirir: “Mənəvi gözəllik üçün məsuliyyət hissi. Mənəvi gözəlliyi qorumaq cəmiyyətin saflığını qorumaqdır, insanlığın məhəbbətini qorumaqdır. Bəşərin, necə deyərlər, təbiətin, cəmiyyətin və İlahinin gözəlliyinə can atmasını qorumaq deməkdir. Deyərdim ki, İlyas Əfəndiyev yaradıcılığı insan uğrunda, insanın qəlbi uğrunda böyük ədəbi mübarizədir”.

Dramaturqun “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” və digər pyeslərinə quruluş verən, rejissor, Xalq Artisti Mərahim Fərzəlibəyov da fikirlərini bölüşməyi özünə borc bilir. İlyas Əfəndiyev dramaturgiyasının onun yaradıcılığına təsirindən bəhs edən rejissor deyir: “İlyas Əfəndiyev dramaturgiyası məni bir rejissor kimi yetişdirdi. Mən tez-tez İlyas müəllimin müqəddəs ruhi varlığı ilə dialoqa girir, xəyalən onunla söhbətləşir, məsləhətləşirəm. Onun sağlığında 8 tamaşasına səhnə həyatı verdim. İki əsərini isə onun ölümündən sonra səhnələşdirdim. O, əsərlərinə qarşı çox diqqətli idi. İlyas Əfəndiyevlə əməkdaşlığımız 1979-cu ildən başlanıb”.

İlyas Əfəndiyev yaradıcılığının çoxşaxəli olduğunu bildirən rejissor deyir ki, ədibin pyesləri hər dövrdə aktualdır, çünki yaşadığı quruluşu, cəmiyyəti, mövcud olan problemləri, qayda-qanunları yaxşı bilirdi. İlyas müəllim qəhrəmanlarını cəmiyyətin məhsuluna bənzədirdi. Yəni, hər bir insan yaşadığı cəmiyyətin modelidir. Qapalı bir cəmiyyətdə yaşadığımız illərdə SSRİ-nin bir çox qadağaları vardı. Onlardan biri də ikiyə bölünmüş Azərbaycan haqqında mövzulara qoyulan qadağa idi. Buna baxmayaraq İlyas Əfəndiyev “Unuda bilmirəm” əsərində cənub dərdimizdən bəhs etdi. İlk dəfə Azərbaycan teatrında belə bir mövzunu səhnələşdirilməsi çox cəsarətli addım idi. “İlyas Əfəndiyev bəlkə yeganə müəllif idi ki, əsərinin səhnə variantının da uğurlu olması üçün çalışırdı. Mən İlyas Əfəndiyevin əsərini götürəndə bilirdim ki, yanımda müəllif əyləşib - klassik yazıçı, böyük dramaturq əyləşib. Onun yanımda olması məni səhnələri müəllifi razı salacaq səviyyədə qurmağa məcbur edirdi. Bilirsiniz, heç bir rejissor müəlliflə məşq etmək istəməz, xüsusən də İlyas Əfəndiyev kimi tələbkar müəlliflə. Lakin mən buna öyrəşmişdim O, öz mətninə çox həssas idi. İlyas müəllimin müdaxilələri yerində idi, lazımlı idi. O, teatrı, rejissor işini gözəl bilirdi. Mən peşə təhsilimi Leninqradda rus dilində almışam. O mənə Azərbaycan dilinin incəliklərini öyrətdi. Düzdür, bəzən elə olurdu ki, məşq zamanı ortaq məxrəcə gələ bilmirdik. Onda əsəri məndən alıb başqa rejissora verirdi. Məsələn, “Şeyx Xiyabani” pyesini məndən alıb başqa rejissora vermişdi. Amma həmin rejissor onu qane etmədi, onda yenə əsəri mənə tapşırdı. Baxın, bir çox müəlliflər var ki, bu gün əsərləri oxunmur, tamaşaya qoyulmur. Çünki onlar sovet quruluşunu süni şəkildə tərifləyiblər. İlyas Əfəndiyev çox böyük istedada malik dramaturq idi, böyük ideoloq, böyük yazıçı idi. Onun yaradıcılığı sovet dövrünə təsadüf etsə də, bu gün yenə aktualdır və aktual olaraq da qalacaq”.

Yubileyi UNESCO-da qeyd olunan Azərbaycan yazıçısı

Əslində İlyas Əfəndiyevin əsərləri bəşəri mövzulara həsr olunub. Bu əsərlərdə vətən, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də yazıçının əsərləri böyük maraqla rus, türk və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinin UNESCO-nun mənzil-iqamətgahında təntənəli şəkildə qeyd olunması ədibin əsərlərinin bu gün də Şərq ilə Qərb arasında yaxınlaşmaya verdiyi töhfənin beynəlxalq səviyyədə təsdiqidir. 

Ümumiyyətlə, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Böyük sənətkarın 80, 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Ədibin yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb. Ən son tədqiqatlardan biri kimi, filologiya elmləri namizədi Vəfa Əliyevin yaxın vaxtlarda müdafiəyə təqdim edəcəyi “XX əsrin ikinci yarısında Azərbaycan mədəniyyətində İlyas Əfəndiyevin rolu” mövzusunda doktorluq dissertasiyasıdır. Bunlar bir daha sübut edir ki, İlyas Əfəndiyev bütün zamanların yazıçısıdır. Professor N.Şəmsizadənin dediyi kimi, yazıçının əsərləri hər yeni nəsil doğulduqca yenidən doğulacaq, hər yeni nəsil yenidən öz İlyas Əfəndiyevini tapacaq.

... Artıq 20 ildir ki, İlyas Əfəndiyev cismən bu dünyada yoxdur. Amma o, yazdıqları əsərləri, səhnələşdirilən pyesləri, yaratdığı obrazları, keşiyində bir əsgər kimi dayandığı Azərbaycan ədəbiyyatına töhfələri ilə xalqımızın yaddaşında, dünənində və bu günündə yaşayır. Zaman ötdükcə oxucu və tamaşaçı onu daha yaxından tanıyır, onu yenidən kəşf edir. Həqiqətən də, böyük yazıçıların doğum tarixi olsa da, ölüm tarixi olmur. Onlar əbədiyaşardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır