SİYASƏT


İlyas Umaxanov: Müşahidəçilər Azərbaycanda referendumun təşkilini çox yüksək qiymətləndiriblər VİDEO

A+ A

Sankt-Peterburq, 25 noyabr, AZƏRTAC

Noyabrın 24-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) payız sessiyası çərçivəsində keçirilmiş MDB PA Şurasının iclasında Şura üzvləri RF Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumun yekunları barədə məruzəsini dinləyiblər.

İ.Umaxanov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasında yaranmış ənənəyə görə, “dost və qardaş dövlətlərdə” keçirilən seçkilərə və referendumlara müşahidəçilər missiyası göndərilir.

İ.Umaxanov deyib: “Bu il sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumda müşahidəçilər missiyasına rəhbərlik etmək mənə tapşırılmışdı. Bu haqda məruzə etmək çox asan olur. Ona görə ki, Azərbaycan vətəndaşlarının əhvalı çox yüksək idi. Eyni zamanda, bu, nadir hadisədir, çünki praktiki olaraq bütün müşahidəçilərin fikirləri üst-üstə düşürdü. Müşahidəçilər həm referenduma hazırlıq işlərinin səviyyəsini, həm onun keçirilməsini, həm də səsvermənin yekunlarını çox yüksək qiymətləndiriblər. Daha bir qeyd etməliyəm: mənim təcrübəmdə ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyası öz rəyində referendum barədə bu dərəcədə müsbət fikir söyləyib, referendumun açıq və legitim olmasını qeyd edərək, onu Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin tam ifadə olunmasını təmin edən tədbir adlandırıblar”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.