SİYASƏT


İlyas Umaxanov: Referendum, eyni zamanda, Azərbaycan Prezidentinə etimad votumu deməkdir

A+ A

Bakı, 26 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

Bu gün səhərdən təxminən 60 seçki məntəqəsində olmuşuq. Saat 7.45-də, yəni, seçki məntəqələri açılmazdan əvvəl insanlar səsverməyə gəlir, öz iradələrini ifadə etmək üçün növbə gözləyirdilər. Bu, Azərbaycan cəmiyyətinin siyasi yetkinliyinə, ümumxalq səsverməsinin (referendumun) gündəliyinə çıxarılmış məsələlərin vacibliyini anladıqlarına dəlalət edir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, həm Azərbaycanın paytaxtında, həm də bütövlükdə ölkədə vətəndaşların fəallığı çox yüksək səviyyədədir.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər missiyasının rəhbəri İlyas Umaxanov bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.

İlyas Umaxanov daha sonra deyib: “Referendum, eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinə, müstəqil Azərbaycana, onun müstəqil daxili və xarici siyasətinə etimad votumu deməkdir. Biz – MDB Parlamentlərarası Assambleyası müşahidəçilər missiyasının nümayəndələri bütün bunları çox yaxşı başa düşürük. Başqa müşahidəçilər, o cümlədən AŞPA-dan, Türkdilli ölkələrin Parlament Assambleyasından olan müşahidəçilər də bu fikrə şərikdirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.