ELM VƏ TƏHSİL


İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb

Bakı, 16 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, dörd hektar ərazini əhatə edən Zilitəpə adlı yaşayış məskənində insan skeleti, gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr, saxsı qablar və heyvan sümükləri tapılıb.

Aşkarlanan tarixi abidələrin Makedoniyalı İsgəndərin dövrünə aid olduğu bildirilib. Həmçinin Zilitəpənin bundan əvvəl aşkar edilən Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi qədim yaşayış məskənləri ilə əlaqəsinin olduğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.