CƏMİYYƏT


İmişli rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, iyunun 2-də İmişli Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir təşkil olunub.

Tədbirdə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ordu quruculuğu sahəsində görülmüş işlərdən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında qurumun gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.

“Respublika Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirib ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirdir və bunu ötən ilin aprelində təmas xəttində baş vermiş döyüşlərdə sübut edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli sabahın əsgəri olacaq gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin qarşısında duran prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və İmişli rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda proqramla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.