REGİONLAR


İmişlidə 17 min 500 hektar sahədə taxıl əkiləcək

A+ A

İmişli, 2 noyabr, Mahir Babayev, AZƏRTAC

İmişlili taxılçılar bu il 17 min 500 hektar sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar.

AZƏRTAC xəbər verir ki, ötən il rayonda 17 min hektar sahədə taxıl əkilib. Bunun da 10 min 820 hektarı buğda, 6 min 18 hektarı isə arpa olub. Biçin aparılmış sahələrdən 55 min 462 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 32,6 hektara çatdırılıb.

Qazanılmış uğurlardan və dövlət dəstəyindən ruhlanan torpaq mülkiyyətçiləri gələn ildə də yüksək məhsul əldə etmək üçün səpinə mütəşəkkil başlayıblar.

Rayon statistika idarəsindən bildiriblər ki, İmişlidə bu günədək 5 min 28 hektar sahədə taxıl səpini aparılıb. Bunun da 3 min 98 hektarı arpa, 1790 hektarı buğda, 140 hektarı isə xəsil sahəsidir. Artıq rayonda arpa səpini yekunlaşıb.

Torpaq mülkiyyətçiləri buğda səpinini də vaxtında başa çatdırmaq üçün bütün imkanlardan istifadə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.