CƏMİYYƏT


İmişlidə 4,5 bal gücündə zəlzələ olub

A+ A

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da İmişlidə 4,5 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən ilkin məlumata görə, yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində qeydə alınan yeraltı təkanın ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İmişlidə 4,0, episentrə yaxin digər ətraf rayonlarda isə 3,0 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.